İcazəsiz ov edən 35 nəfər saxlanılıb

14.09.2018 13:01

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən "Ovçuluq haqqında” və "Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə riayət olunması vəziyyətinin araşdırılması məqsədilə mütəmadi reydlər keçirilir.

Xezerxeber.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, 2018-ci ilin son üç ayı ərzində keçirilən reydlər zamanı respublika ərazisində icazəsiz ov edən 35 nəfər saxlanılıb. Onlardan 29 ov tüfəngi, patron və müxtəlif ov alətləri götürülüb.

Təqsirkarlara qarşı protokollar tərtib edilərək ümumilikdə 40441 manat məbləğində cərimə tətbiq olunub.

© xezerxeber.az


211 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR