Azərbaycanda həkimlərin ölümünü proqnozlaşdırdığı körpə xilas oldu - FOTO

14.09.2018 10:34

Azərbaycanda ağır xəstəlikdən əziyyət çəkən 1 yaş 7 aylıq körpə ölümün pəncəsindən alınıb.

Çəkisi normadan çox geri qalan uşaq 11-12 kq olmalı halda 4 kq olub. Körpə gündə 18 dəfə tualetə çıxırmış.
Körpə yediyini demək olar ki, mədəsində saxlamırmış. Bir çox həkim qəbulu, klinikalar, uşaq xəstəxanalarında olan körpəyə müxtəlif diaqnozlar qoyulub.
Get-gedə uşağın vəziyyəti kritikləşib və klinikalar uşağı qəbul etməyərək, "aparın, öləcək” deyiblər.

Son olaraq valideynlər körpəni pediatr Tərlan Eyyubovun yanına gətiriblər. Pediatr tibbi qrupda paylaşdığı rəyində bildirib ki, uşağı müayinə edəndə o, bir dəri, bir sümük olubmuş. Körpədə nə əzələ toxuması, nə dərialtı piy toxuması mövcud olub. "Otura, gəzə bilmir, uzanmış vəziyyətdə sadəcə zarıyırdı. Çox müayinələrdən keçsələr də dəqiq diaqnoz yox idi. Özəl klinikanın reanimasiyasında yatırtmaq üçün valideynlərin imkanı da çatmırdı. Uşağı təcili minimal analizlərlə müayinə etdik. Diaqnoz olaraq Kron (Crohns disease) xəstəliyi və malasorbsiya təsdiqlədik. Bundan sonra valideynlərin də üzərinə böyük iş düşürdü. Evdə mini palata şəraiti qurduq, tibb bacısı tapdıq və xəstəxanadakı kimi müalicələrə başladıq. Anaya bütün dediklərimi ən xırda detallarına kimi edəcəyinə söz verdirdim”.
Həkimin xahişi ilə çalışdığı özəl klinika ailənin vəziyyətini nəzərə alaraq müayinə və analizlərdə endirimlər edib, uşağın yaxşı qidalanması üçün lazım olan qidaları isə şirkət ailəyə təmənnasız verib
T. Eyyubovun sözlərinə görə, 3 aylıq müalicədən sonra uşaq artıq özünə gəlib, kökəlib. Hazırda o, gəzir, hərəkət edir, aktivdir, yeyir, normal inkişafa başlayıb.

Həkim qeyd edib ki, müalicə davam edir. (Medicina.az)

© xezerxeber.az


664 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR