Bakıda körpələrin xəstəxanalara daşınması işinin asanlaşdırılması üçün yenilik tətbiq edilir

13.09.2018 14:38

Bakıda yenidoğulmuş körpələrin bir tibb müəssisəsindən digərinə daşınması zamanı sənədləşmə işinə sərf etdiyi vaxta qənaət etmək məqsədilə sənədlərin elektron variantı hazırlanıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası təcili tibbi yardımın müasir tələblərə cavab verən, təcili tibbi yardım həkiminin sənədləşmə işinə sərf etdiyi vaxta qənaət etmək məqsədi ilə yeni "Çağırış vərəqi” forması, yenidoğulmuş və körpələrin bir tibb müəssisəsindən digərinə daşınması zamanı tərtib edilən "Neonatal daşınma vərəqi”, "Gündəlik iş vərəqi” formasından istifadə edilir.

Hazırda bu sənədlərin elektron variantı da hazırlanır.

Nazirlikdən bildirilib ki, "Çağırış vərəqi” formasının elektron variantının planşetlərə yüklənərək təcili tibbi yardım həkimlərinin istifadəsinə verilməsi elektron səhiyyənin inkişafına, "Elektron sağlamlıq kartı” vasitəsilə vətəndaşların sağlamlığı vəziyyətinə elektron nəzarət sisteminin tətbiqinə yardım etmiş olacaq.

Stansiyanın 21 bölməsinin hamısına internet xətti çəkilib və kameralar quraşdırılaraq rəhbərlik, həmçinin əməliyyat və hospital işlərin təşkili şöbəsi tərəfindən bölmələrin işinə nəzarət gücləndirilib, tibb işçilərinin təhlükəsizliyi təmin edilib. BŞT və TTYS-na müraciət edən şəxslərin xəstəxanalara səmərəli yerləşdirilməsi məqsədi ilə əməliyyat və hospital işlərin təşkili şöbəsi tərəfindən gündəlik olaraq Bakı şəhərinin tibb müəssisələrində mövcud olan boş çarpayıların sayı barədə məlumat toplanır ki, bu da hospitalizasiya zamanı meydana çıxan problemlərin qarşısını alır və o cümlədən xəstələrin ərazi üzrə müvafiq bölgüsünə yardım edir.

© xezerxeber.az


153 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR