Sürücülərin nəzərinə! Bu yollarda rənglənmə işləri olacaq

12.09.2018 15:59

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə paytaxtın Parlament prospektində üfüqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən XəzərXəbər-ə bildirilib ki, işlər axşam saatlarına qədər yekunlaşdırılacaq.

Həmçinin saat 22:00-dan başlayaraq Rixard Zorge, Kövkəb Səfərəliyeva və A.Puşkin küçələrində üfüqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri görüləcək. Bu işlər sentyabrın 13-ü səhər saatlarına qədər yekunlaşdırılacaq.

Sürücülərdən həmin yollarda diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

© xezerxeber.az


221 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR