Heydər Əliyev Fondu şagirdlərə məktəb ləvazimatları hədiyyə edib - FOTO

12.09.2018 14:24

Heydər Əliyev Fondunun təşəbbüsü ilə aztəminatlı ailələrin 2018-2019-cu tədris ilində birinci sinfə gedən övladlarına məktəb ləvazimatlarından ibarət hədiyyələr verilib.

Xezerxeber.az xəbər verir ki, hədiyyələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə ölkə üzrə ünvanlı sosial yardım alan ailələrin 13 mindən çox birinci sinif şagirdlərinə paylanıb.

Heydər Əliyev Fondunun sifarişi ilə aztəminatlı ailələr üçün hazırlanan hədiyyə dəsti çanta və gündəlik məktəb ləvazimatlarından ibarətdir.

Qeyd edək ki, Fond aztəminatlı ailələrin birinci sinif şagirdlərinə "Təhsilə dəstək” layihəsi çərçivəsində hər il çanta və müxtəlif məktəb ləvazimatları hədiyyə edir. Fəaliyyətində təhsil sahəsinə xüsusi önəm verən Heydər Əliyev Fondu bu layihə çərçivəsində aztəminatlı ailələrə sosial dəstək göstərməklə yanaşı, həm də təhsilin inkişafına öz töhfəsini vermiş olur.

© xezerxeber.az

FOTOQALERIYA






259 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR