Bəy toyda gəlini qaçırdı - Azərbaycanda görünməmiş hadisə

08.08.2018 11:52

Tovuz rayonunda toy mərasimində bəy gəlini qaçırdıb. FaktXeber.com-un məlumatına görə, Azərbaycan üçün unikal hadisə barədə jurnalist Sevinc İltifatqızı öz "Facebook" səhifəsində xəbər verib.

Məlum olub ki, təzə bəy nə qız, nə də oğlan toyunda spirtli içkinin olmaması ilə bağlı şərt qoşub. Lakin "qız toyu" mərasimi zamanı bəy yemək masasında spirtli ikçinin olduğunu görüb. O, nə özünün, nə də gələcək xanımının həmin mərasimdə iştirak etməsini istəməyib və gəlini qaçırmaq qərarına gəlib: qızı fotosessiya bəhanəsi ilə bayıra çağırıb, ordan isə qaçırıb.

Gəlinin ailəsi bundan qəzəblənərək qızının və cehizlərinin qaytarılmasını tələb ediblər. Lakin araya ağsaqallar girərək məsələni həll ediblər.

Bununla belə, qız evi bəyin ailəsi ilə münasibətlərə son qoyduqlarını və "oğlan toyu" mərasimində iştirak etməyəcəklərini bildiriblər.

© xezerxeber.az


2360 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR