Qoruq ərazisində brakonyerliklə məşğul olan şəxslər saxlanılıb

07.08.2018 20:57

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları iyul ayı ərzində xüsusi mühafizə olunan təbiət ərazilərində və ovçuluq təsərrüfatlarında reydlər keçiriblər.

Departamentdən xezerxeber.az-a verilən xəbərə görə, keçirilən reydlər zamanı Şahdağ Milli Parkının, Qızılağac Dövlət Təbiət Qoruğunun ərazilərində brakonyerliklə məşğul olan 5 nəfər saxlanılıb.

Araşdırma zamanı qanun pozucularının Yusif Məlikov (Neftçala rayonu), Şahmur Kərumov (Masallı rayonu), Dünyabir və Raqif Nəsirov (Oğuz rayonu) olduğu müəyyən edilib və onlardan 2 ov tüfəngi götürülüb. Təqsirkarlar barəsində akt, protokol tərtib olunub və onlara, ümumilikdə, 4700 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib.

© xezerxeber.az


426 dəfə oxunub

XƏBƏRLƏR

11.12.2018 16:38

İrlandiyada vergi sistemi

ÇOX OXUNANLAR