İdeal çəkinin hesablanma QAYDASI - BUNU BİLİRDİNİZMİ?

11.07.2018 11:29

Artıq çəki son illər hər kəsin, xüsusilə də xanımların ən çox mübarizə apardığı məsələlərdəndir. Arıqlamaq üçün ən müxtəlif üsullar olsa da, sağlam arıqlamaq daha düzgündür.

XəzərXəbər xəbər verir ki, Azərbaycan Tibb Universitetinin qidalanma və kommunal gigiyena kafedrasının müdiri İbrahim Əhmədovun dediyinə görə, artıq çəkinin hesablanması üçün bir sıra üsullar var: "Əgər boy 1,70 santimetr, çəki 70 kiloqramdırsa, düzgün çəkini hesablamaq üçün 70 rəqəmi 1,7-nin kvadratına bölünür, alınan rəqəm çəki normasını müəyyən edir. Həmin nisbət 18-dən 25-dək alınanda bunu normal bədən çəkisi hesab etmək olar. Alınan rəqəm 25-29,9 arasında olduqda bu, izafi çəki hesab edilir. Eləcə də 30-34,9 arası birinci, 35-39,9 arası ikinci, 40-dan yuxarı üçüncü dərəcəli piylənmə sayılır. Bədən kütlə indeksinin 18,5-dən aşağı olması çəki azlığı əlamətidir. Kişilərlə eyni boyda olan qadınların çəkisinin 5-8 kiloqram az olması normal hal sayılır".

Kafedra müdiri onu da deyib ki, 60 yaşdan sonra hər on ildən bir çəkinin 5 kiloqram artması lazımdır ki, piy qatı dəri boşalmalarını doldursun.

milli.az

© xezerxeber.az


212 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR