Evdən çölə çıxmayın - İki gün anomal isti olacaq

10.07.2018 14:28

İyulun 11-13-də ölkə ərazisində hava şəraitinin anomal isti keçəcəyi, havanın maksimal temperaturunun 35-39°, Naxçıvan Muxtar Respublikasının və Mərkəzi Aran rayonlarının bəzi yerlərində 41-43°, dağlıq rayonlarda isə 28-33°-yə yüksələcəyi proqnozlaşdırılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə bildirilib ki, iyulun 11-12-də Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 35-39° isti olacağı bildirilir.

Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 11-12-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, bəzi saatlarda durğun və rütubətli hava şəraiti fonunda isti temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.

© xezerxeber.az


1479 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR