Metro gücləndirilmiş rejimdə çalışacaq

14.06.2018 10:35

15 İyun – Milli Qurtuluş Günü və Ramazan bayramı münasibətilə ölkədə elan edilmiş 5 qeyri-iş günü ərzində, "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynovun imzaladığı əmrə əsasən, metropoliten gücləndirilmiş iş rejimində çalışacaq.

QSC-dən XəzərXəbər-ə verilən məlumata görə, əmrlə bütün struktur vahidlərinin rəhbərlərinin qarşısına konkret vəzifələr qoyulub. Həmçinin bayram günlərində əlavə növbətçiliklərin təşkili və zərurət yarandığı halda, ehtiyat qatarların xəttə buraxılması nəzərdə tutulub.

© xezerxeber.az


73 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR