Xətai rayonunda su olmayacaq

13.06.2018 11:57

Bu gün Bakının Xətai rayonunun bir hissəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

"Azərsu” ASC-də XəzərXəbər-ə verilən xəbərə görə, Bakı şəhəri Xətai rayonu M.Hadi, X.Məmmədov və Vunqtau küçələrində yeni çəkilmiş magistral su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar 13 iyun 2018-ci il tarixində gün ərzində Səməd bəy Mehmandarov, Nəsrəddin Tusi, General Əliağa Şıxlinski küçələrinə və Gəncə prospektinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranmış narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.

© xezerxeber.az


76 dəfə oxunub

XƏBƏRLƏR

19.06.2018 12:52

BMT ABŞ-a etiraz edib

ÇOX OXUNANLAR