Azərbaycanda 140 000-dən çox müəllim diaqnostik qiymətləndirmədən keçib

12.06.2018 12:09

2014-2018-ci illər ərzində respublika üzrə ümumilikdə 140 000-dən çox pedaqoji işçi diaqnostik qiymətləndirmədən keçib.
APA-nın məlumatına görə, Təhsil Nazirliyinin 2017-2018-ci tədris ili üzrə hesabatında bildirilir ki, qiymətləndirməyə cəlb edilmiş müəllimlərin dərs yükü norması 1,5 dəfə yüksəldilməklə əməkhaqları 2 dəfə artırılıb.
2017-ci ildə 49 000-dən, 2018-ci ildə isə 16 000-dən çox müəllim diaqnostik qiymətləndirmədən keçib.

© xezerxeber.az


281 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR