Nazirlik Siyəzəndəki ana ölümünü araşdırır

12.06.2018 11:25

Siyəzən rayonunda ana ölümü baş verib. Rayon sakini Aytən Qasımova ötən gün Siyəzən Regional Diaqnostika Mərkəzinin doğum şöbəsinə yerləşdirilib.
Qadın doğuş zamanı dünyasını dəyişib, dünyaya gətirdiyi övladının isə vəziyyəti qənaətbəxşdir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Modern.az-a hazırda ana ölümü ilə bağlı araşdırma başlanıldığını bildirib:
"Nəticələr araşdırmalardan sonra bəlli olacaq”.

© xezerxeber.az


70 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR