Sərnişindaşımada yeniliklər olacaq - Həbib Həsənov AÇIQLADI

11.06.2018 15:32

"Sərnişin və yük daşımalarda tətbiq edilən vergi mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə Vergilər Nazirliyi ilə məsləhətləşmələr aparılır”.

XəzərXəbər xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Avtomobil Nəqliyyat Xidmətinin rəisi Həbib Həsənov deyib.

Onun sözlərinə görə, hazırda avtobusların 77 faizinin, yükdaşımaların 81 faizinin yaşı 10 ildən çoxdur:

"Məsləhətləşmələrdə məqsəd bu sahədə müasir informasiya kommunikasiya texnologiyalarından istifadə etməklə verginin tam həcmdə və vaxtında yığılmasının təmin olunması vergidən yayınma hallarına qarşı nəzarətin gücləndirilməsidir. Avtonəqliyyat vasitələri parkının yenilənməsi və növbəti beş il ərzində nəqliyyatın orta istismar müddətinin təminin 10 ilə qədər endirilməsi məqsədilə kompleks tədbirlər planı hazırlanıb. Hazırlanmış təkliflərdə daşıyıcıları, o cümlədən sərnişindaşıma ilə məşğul olan sərnişinləri avtonəqliyyat parkının yenilənməsinə təşviq etmək məqsədilə stimullaşdırıcı tədbirlər görüləcək”.

H.Həsənov onu da vurğulayıb ki, ötən il avtomobil nəqliyyatı xidmətindən 1 milyard 273 milyon manat gəlir əldə edilib:

"Bu rəqəmlər ölkə iqtisadiyyatında avtomobil nəqliyyatının rolunu göstərir. Yerli daşıyıcılar tərəfindən beynəlxalq daşımalarda 2000 avtonəqliyyat vasitəsi istismar olunur. Onlardan 1239-u müasir tələblərə cavab verir”.

Onun sözlərinə görə, Dövlət Avtomobil Nəqliyyat Xidmətinin nəzdində fəaliyyət göstərən Təlim Tədris Mərkəzinin maddi texniki bazasının yaxşılaşdırılması məqsədilə təkliflər hazırlanıb:

"Şəhərlərarası sərnişin daşımalarında vahid onlayn (elektron) bilet satışı sisteminin təkmilləşdirilməsi ilə bağlı işlərin aparılır. Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində avtobusların, minik avtomobillərinin, taksilərin və sərnişinlərin təhlükəsiz və rahat hərəkətinin təmin edilməsi üçün yenidənqurma işləri görülür. Bu sahədə vəziyyəti beynəlxalq tələblərə uyğunlaşdırmaq üçün təkliflər hazırlanır”.

© xezerxeber.az


89 dəfə oxunub

XƏBƏRLƏR

19.06.2018 12:52

BMT ABŞ-a etiraz edib

ÇOX OXUNANLAR