ŞOK OLACAQSINIZ: Cadu üçün 5 yaşlı uşağın başını kəsdilər

17.05.2018 15:28

Malidə 5 yaşındakı albinos qızı anasından oğurlayaraq, başını kəsib amuletlərin hazırlanmasında istifadə ediblər.

"Daily Mail” nəşri xəbər verir ki, hadisə Malinin paytaxtı Bamakodan 125 kilometr aralıda yreləşən Fana kəndində baş verib. Ana iki azyaşlı qızı ilə birgə evində yatarkən, silahlı adamlar evə basqın ediblər. Ana əvvəlcə oğruların arxasınca qaçıb apardıqları azyaşlı övladını xilas etməyə çalışıb, lakin sonra o biri uşağını qorumaq üçün evə dönüb.

Oğurlanan 5 yaşlı qızı axtaran kənd sakinləri onu tapanda dəhşətli mənzərə ilə üzləşiblər. "Biz onu hər yerdə axtardıq və məscidin arxasında tapdıq. Onun başı yox idi. Kəsilib götürülmüşdü.”- deyə kənd sakini Umar Diakite bildirib.

Bundan sonra sakinlər asayiş keçikçilərinin 5 yaşlı uşağın təhlükəsizliyini təmin edə bilməməsindən qəzəblənərək, kəndin polis məntəqəsini yandırıblar. Qərbi Afrikadakı albinizmli insanlar assossiasiyası Federasiyasının baş katibi Mamadu Sissoko bəyan edib ki, bu, ritual və ayinlərin icrası üçün edilən cinayətdir.

Yerli sakinlər inanır ki, albinos insanların bədən hissələrindən düzəldilən ritual amuletlər xəstəlikləri müalicə edə bilir, həmçinin sərvət və uğur gətirir. Mamadu onu da qeyd edib ki, 29 iyulda keçiriləcək seçkilərlə əlaqədar bu tip cinayətlərın sayı daha da çoxalıb.

Qeyd edək ki, bundan əvvəl Hindistanın Uttar-Pradeş ştatında da oxşar ayin həyata keçirilmişdi. Nəticədə 35 yaşlı qadın küllü miqdarda inək peyini altında qalaraq havasızlıqdan ölmüşdü. Yerli şamanlar onu zəhərli ilan dişləməsindən müalicə etmək üçün inək peyinlərinin altına salıblar.

Qeyd edək ki, albinizm (latın dilindən tərcümədə "alba” - "ağ” deməkdir ) anadangəlmə dəriyə rəng verən piqmentin olmaması ilə xarakterizə olunan, dəridə melanin (rəng verən zülal) əmələ gətirən melanositlərin çatışmazlığı və ya olmamasıdır. Nadir rast gəlinən və insanların marağına səbəb olan xəstəliklərdən biridir. Albinos insanların dərisi, eyni zamanda saçları, kiprikləri, qaşları ağ rəngdə olur./azvision.az

© xezerxeber.az


905 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR