Bakı
8 C
USD
EUR
1.7001
2.0116
RUB
GBP
0.0290
2.2843
XƏBƏR
ARXİVİ

Bu il abituriyentlərə ilk dəfə imtahan verdiyi ixtisas qrupunu dəyişmək imkanı verilib

17.05.2018 12:47

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mayın 13-də II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanın nəticələrini dəyərləndirib.
Xezerxeber.az-ın xəbərinə görə, DİM sədri bildirib ki, qəbul imtahanının nəticələri ötən ilki səviyyədədir.
M. Abbaszadə qeyd edib ki, bu il abituriyentlərə ilk dəfə imtahan verdiyi ixtisas qrupunu dəyişmək imkanı verilib: "Yaz imtahanlarında II ixtisas qrupu üzrə imtahan verən abituriyentlər yay imtahanında III ixtisas qrup üzrə imtahan verə biləcəklər. Biz hələ bilmirik bu dəyişmələr nəticələrə necə təsir edəcək. Yalnız imtahanlar tam başa çatdıqdan sonra hansısa fikir söyləmək olar".

© xezerxeber.az


288 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR