İmtahanda 700 bal toplayan 7-ci abituriyent

16.05.2018 13:21

Qəbul imtahanında rekorda imza atan 7 abituriyentdən biri Bakı Türk liseyinin (Türkiyə Dəyanət Vəqfi) şagirdi Xəyyam Sultanlıdır. O, III ixtisas qrupu üzrə 700 bal toplayıb.

Xəyyam Sultanlı AzVision.az-a açıqlamasında 700 balı toplayacağından əmin olduğunu deyib.

"Özümü hazır hiss edirdim. Xəbəri eşidəndə yaşadığım hisslər çox möhtəşəmdir. Liseyimizin 18-ci 700 bal toplayan şagirdiyəm. Burada 5-ci sinifdən oxuduğum müddətdə dərslərimə məsuliyyətli yanaşmışam. 11-ci sinifdən isə lisey daxilində kurslarda hazırlaşmışam. Mənimlə yanaşı, iki sinif yoldaşm müvafiq olaraq 696 və 691 bal toplayıblar”.

Xəyyam hüquqşunaslıq fakültəsində təhsilini davam etdirəcək. Amma oxuyacağı ali təhsil müəssisəsini hələ seçməyib.

"Bu barədə müəllimlərimlə məsləhətləşəcəyəm. Bakı Dövlət Universiteti, ADA, Prezident yanında Dövlət İdarəçilik Akademiyası seçimlərdən ola bilər. Həmçinin xarici universitetlərlə əlaqə yaradıb, onlarda təhsil almaq üçün axtarışlara başlamışam”.

© xezerxeber.az


884 dəfə oxunub

ÇOX OXUNANLAR