Reyhan Qlobal Sammitə qatıldı

15.05.2018 18:07

İsrailin Təl-Əviv şəhərində ABŞ-ın məşhur Forbes jurnalı tərəfindən istehsal və enerji sənayesi sahəsində 30 yaşadək olan 30 ("30 Under 30”) ən perspektivli iş adamı və ixtiraçılar üçün Qlobal Sammit təşkil olunub.

"Qafqazinfo" xəbər verir ki, 35 müxtəlif ölkədən 20 kateqoriya üzrə 750 gənc sahibkarın iştirakı ilə ilk dəfə təşkil olunan sammitdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ideya müvəkkili Reyhan Camalova və İnnovasiyalar departamentinin rəhbəri Şəbnəm Məmmədova da iştirak ediblər.

Tədbir zamanı Reyhan Camalovanın yağış suyundan enerji əldə etməyə imkan verən "Rainergy" layihəsi investorların diqqətini cəlb edib və iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.

Qeyd edək ki, cari ilin mart ayında "Forbes" jurnalının "Asiyanın gələcəyi üçün çalışan 30 yaşı tamam olmayan 30 gənc ixtiraçı" adlı hesabatında Asiya qitəsində yerləşən müxtəlif ölkələrdən olan gənclərin ətraf mühitin qorunması və alternativ enerji mənbələrindən səmərəli istifadəyə dair hazırladıqları ixtiralar yer alıb. Gənc ixtiraçı Reyhan Camalovanın adı jurnalının istehsal və enerji sənayesi sahəsində 30 yaşadək olan 30 ("30 Under 30”) ən perspektivli iş adamı və ixtiraçıları reytinqinə daxil edilib.

© xezerxeber.az


302 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR