Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul edilə bilərlər - Nazirdən açıqlama

15.05.2018 17:14

Beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, respublika fənn olimpiadaları qaliblərinin isə qalib olduqları fənlərə uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul edilməsinə dair qanunvericiliyə müvafiq dəyişiklik təklif olunur.
Bu barədə respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimində təhsil naziri Ceyhun Bayramov bildirib.
O deyib ki, dəyişiklik Təhsil Nazirliyi tərəfindən hökumətlə razılaşdırılıb, təkliflər paketi Milli Məclisə təqdim olunacaq.
Nazir qeyd edib ki, beynəlxalq olimpiadalarda Azərbaycanın nəticələri ilbəil yaxşılaşır. (APA)

© xezerxeber.az


779 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR