QMİ sədri: "Azərbaycanda saxta molla problemi var"

15.05.2018 11:57

"Azərbaycanda saxta molla problemi var. Yalançı mollaların fəaliyyət göstərdiyini görürük”.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə deyib.
O qeyd edib ki, QMİ-də qeydiyyata alınmayan, icazəsi olmayan insanlar molla paltarı geyinib fətva verirlər və bu, ciddi problemdir: "Faktiki olaraq bu, qanun pozuntusudur. Bizim tərəfimizdən təyin edilməyən insanların dini mərasimlər aparmasının qarşısı alınmalıdır və bu istiqamətdə iş gedir. Mən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən də xahiş edərdim ki, bu işdə bizə kömək etsin”. (APA)

© xezerxeber.az


295 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR