Allahşükür Paşazadədən axund və imamlara XƏBƏRDARLIQ

15.05.2018 11:46

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə orucluq vaxtı iftardan əvvəl imkanlı adamların məclislərinə qatılan axund və imamlara xəbərdarlıq edib.

Şeyxülislam bildirib ki, iftardan əvvəl imkan şəxslərin orucluğu saymayaraq, guya ehsan verirmiş kimi məclis təşkil etməsi, xüsusən də bizim mollaların ora qatılması Allaha qarşı çıxmaqdır.
O qeyd edib ki, belə hal aşkarlanarsa həmin din xadimi cəzalandırılacaq: "Belə hal dinə şəkk, Allaha üsyan etməkdir. Kiminsə imkanı varsa, bu, o demək deyil ki, orucluğun əleyhinə çıxmalıdır”. (APA)

© xezerxeber.az


516 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR