Hava limanları “ASAN Viza” sisteminə keçəcək

15.05.2018 10:21

Növbəti bir ay ərzində Gəncə, Lənkəran, Qəbələ və digər hava limanları "ASAN Viza” sisteminə keçəcək.

Xezerxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib. O bildirib ki, hazırda Heydər Əliyev Beynəlxalq Aeroportunda "ASAN Viza”nın 14 terminalı quraşdırılıb, bank pəncərəsi və digər köməkçi pəncərələr fəaliyyət göstərir. Əcnəbilər rüsumu onlayn qaydada və ya banka yaxınlaşıb ödəyə bilərlər. Heydər Əliyev Beynəlxalq Aeroportunda "ASAN Viza”nın qiyməti 20 dollardır. Viza Yaponiya üçün ödənişsizdir, Türkiyə üçün isə 10 dollardır.

Ülvi Mehdiyev deyib ki, aeroport 24 saat işlədiyi üçün Dövlət Agentliyi də sistemi ona uyğun qurub. İşçilər növbətçilik rejimində işləyəcək. Hər hansı texniki problem olarsa, dərhal müdaxilə olunacaq.

© xezerxeber.az


462 dəfə oxunub

ÇOX OXUNANLAR