Daha xəstə uşaqlar DOĞULMAYACAQ?

13.05.2018 14:55

İlk dəfə elm adamları insan embriyonunun genlərini dəyişdirərək uşağın böyüdüyü zaman ölümcül xəstəliklərə tutulacağının qarşısını alıb.

XəzərXəbər publika.az-a istinadən xəbər verir ki, ABŞ-ın Oreogon Universitetində amerikalı, çinli və cənubi koreyalı həkimlər araşdırma aparıb.

Məlum olub ki, insan embrionunda ani ölümə səbəb olan və ürək xəstəliyi yaradan genlər var. Tarixdə ilk dəfə olaraq insan genləri bu araşdırma nəticəsində uğurla dəyişdirilib.

"Xəstə genlər" dəyişdirilərək ürək xəstəliyinə səbəb olacaq mutasiya riski aradan qaldırılıb. Bu əməliyyat həyata keçirilərkən DNT-dəki digər genlər zərər görməyib. Araşdırmanın elm aləmində bir cığır açacağı bildirilir.

Araşdırmada istifadə edilən embrion inkişaf edib uşaq olmayacaq. Ancaq bununla yanaşı alimlər "bu dizaynla hazırlanan uşaqların" xəstəxanalarda görüləcəyi tarixin yaxın olduğunu deyib. Bu elmi kəşf nəticəsində valideynlərindən "pis genləri" miras alan uşaqlar hələ doğulmadan xəstəliklərdən xilas olacaq.

Bununla yanaşı, daha ağıllı və atletik bədənə sahib uşaqlar doğulacaq. Hətta bir gün valideynlər uşağın "sarışın, yoxsa əsmər" olması barədə qərar verə biləcəklər. Bu üsulun tətbiq edilməsi üçün hüquqi baza hazırlanması təklif edilib.


© xezerxeber.az


676 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR