Oktyabrda III Beynəlxalq Elm Festivalı keçiriləcək

14.03.2018 18:22

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşkilatçılığı ilə Bakıda III Beynəlxalq Elm Festivalı keçiriləcək.

Xezerxeber.az məlumat verir ki, AMEA Rəyasət Heyətinin martın 14-də keçirilmiş iclasında akademiyanın yeni elmi texnologiya və innovasiyaların təqdim olunması, elmi bilik və yeniliklərin populyarlaşdırılması, gənc nəsildə elmə marağın formalaşdırılması ilə bağlı həyata keçirdiyi tədbirlərdən danışılıb. Bu islahatların mühüm istiqamətlərindən birini 2014-cü və 2016-cı illərdə paytaxt və regionlarda keçirilən elm festivallarının təşkil etdiyi vurğulanıb.

İclasda vətəndaşlar tərəfindən yüksək maraqla qarşılanan belə tədbirlərin miqyasını genişləndirmək məqsədilə oktyabrın 9-dan 30-dək növbəti Beynəlxalq Elm Festivalının keçirilməsi qərara alınıb.

© xezerxeber.az


601 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR