"Hər kəs ildə iki dəfə müayinədən keçməlidir" - Baş həkim

13.03.2018 13:40

"Fevral ayının 12-dən bu günə qədər 1 saylı şəhər poliklinikasında 6783 nəfər müayinədən keçib”

Bunu jurnalistlərə açıqlamasında poliklinikanın baş həkimi Kübra Cabbarova deyib. Onun sözlərinə görə, müraciət edən xəstələrdə daha çox ürək, mədə-bağırsaq və ağ ciyər xəstəlikləri aşkar olunub.

K.Cabbarova qeyd edib ki, poliklinikaya rayon ərazisində çalışanlar da müraciət edir: "Poliklinikada 46500 nəfər qeydiyyatdadır. Ancaq, təkcə qeydiyyatımızda olanlar yox, ümumən rayon ərazisində çalışanlar da müayinə üçün bizə müraciət edir. Müraciətlər zamanı xəstələrdə mədə-bağırsaq, tənəffüs sistemi, bronxit, plevmaniya, sətəlcəm kimi xəstəliklər aşkar olunub”.

Baş həkim deyib ki, hər kəs ildə heç olmasa iki dəfə flüoqraf, bir dəfə isə roentgen müayinəsindən keçməlidir.

Qeyd edək ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə fevralın 12-dən Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində əhalinin pulsuz tibbi müayinədən keçirilməsinə başlanılıb. Proses mayın 12-də yekunlaşacaq.

© xezerxeber.az


284 dəfə oxunub

ÇOX OXUNANLAR