Azərbaycandan Türkiyəyə gedənlərin nəzərinə!

13.02.2018 14:05

Türkiyədə xarici dövlət nömrə nişanlı avtomobillərə verilən cəza ilə bağlı əsasnamə "Rəsmi Qəzet"də dərc olunub.

Daxili İşlər Nazirliyinin əsasnaməsinə görə, sürücüsünün Türkiyə vətəndaşı olub-olması barədə heç bir fərq qoyulmayacaq və xarici dövlət nömrə nişanlı maşınlara, həmçinin Türkiyə dövlət nömrə nişanlı avtomobillərdən istifadə edən əcnəbi sürücülərə verilən inzibati cərimələrə dair qaydalar müəyyənləşib.

Avtomobil yolları Nəqliyyat Qanununun 115-ci maddəsinin 8-ci bəndinə əsasən xarici dövlət nömrə noşanlı avtomobillərlə bağlı qanunda göstərilən müddəalara zidd hərəkət edilməsi halında, akt tərtib olunacaq və inzibati pul cəriməsi veriləcək.

Sözügedən avtomobillərlə bağlı cərimələr dərhal elektron bazaya ötürüləcək.

Xarici dövlət nömrə nişanlı maşınların sürücülərinə və maşınlara tətbiq edilən inzibati pul cəzalarına dair məlumatlar elektron formada Maliyyə Nazirliyi ilə Gömrük və Ticarət Nazirliyinə, həmçinin sərhəd məntəqələrinə göndəriləcək.

Türkiyədən çıxmaq üçün sərhəd məntəqəsinə gələn xarici dövlət nömrəli avtomobillərə dair sistemdə ödənməmiş inzibati pul cəriməsi görünərsə, maşının cərimə ödənmədən ölkəni tərk etməsinə Gömrük və Ticarət Nazirliyi tərəfindən icazə verilməyəcək.FaktXəbər

© xezerxeber.az


2270 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR