Nazirlik: Bakıda temperatur normadan yüksəkdir

12.02.2018 17:55

Hazırda Bakıda və Abşeron yarımadasında qeydə alınan havanın temperaturu iqlim normasından iki-üç dərəcə yüksəkdir.

Bunu XəzərXəbər-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, fevral ayı bir qədər mülayim keçir, havanın temperaturu 8-10 dərəcə arasında dəyişir.

"Fevral ayın isti keçməsinə əsas səbəb yüksək təzyiq və cənub küləklərin üstünlüyüdür. Bu il fevralda sabit hava şəraiti müşahidə edilir. Elə illər olub ki, fevral ayı soyuq ay kimi, elə illər olub ki, mülayim ay kimi xarakterizə olunub”.

G. Məmmədova qeyd edib ki, yaxın günlərdə hava şəraitində mühüm dəyişiklik gözlənilmir:

"Lakin fevralın 14-də hava qeyri-sabit keçəcək. Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə intensiv olacağı gözlənilir. Rayonlarda bəzi yerlərdə sulu qar, qar yağacaq, ayrı-ayrı yerlərdə intensiv olacaq”.

© xezerxeber.az


360 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR