Səs-küylü mühit ürək xəstəliklərinə yol açır

12.02.2018 13:54

Şəhərləşmənin gətirdiyi əsas problemlərdən olan uzun tıxaclar və hündür binalar insan səhhətinə mənfi təsir edir.

Araşdırmalar hər gün yollarda verilən siqnal səsinin insan sağlamlığına heç də yaxşı təsir göstərmədiyini ortaya qoyur. Bundan qaçmaq çətin olsa da səhhətimizi arxa plana atmamalıyıq.

Alimlərin araşdırmalarına görə, yollardakı səslər və gurultu qəlb rahatsızlığına səbəb olur. Eyni zamanda o da bildirilir ki, insanların istər-istəməz məruz qaldıqları gurultu birbaşa sinir sisteminə təsir edir, yaranan hormon damarları basqı altında saxlayır, yüksək təzyiq, diabet və ürək xəstəlikləri kimi problemlərə yol açır./AzNews.az

© xezerxeber.az


264 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR