Sədərəkdə İcbari Tibbi Sığorta tətbiq edilir

12.02.2018 13:16

İcbari tibbi sığortanın tətbiqi ilə muxtar respublikada əhaliyə göstərilən səhiyyə xidmətlərinin keyfiyyəti daha da artacaq.

AZƏRTAC xəbər verir ki, bu sözlər Sədərək Rayon Mərkəzi Xəstəxanasında "İcbari tibbi sığortanın təşkili” mövzusunda keçirilən maarifləndirici tədbirdə səsləndirilib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva icbari tibbi sığorta haqqında məlumat verib.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Samiq Sadıxov bildirib ki, "Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 27 yanvar tarixli Sərəncamı ilə Sədərək Rayon Mərkəzi Xəstəxanasına publik hüquqi şəxs statusu verilib. Yəni Sədərək Rayon Mərkəzi Xəstəxanası ödənişli əsaslarla fəaliyyət göstərməyə başlayıb. Amma muxtar respublikanın Ali Məclisi Sədrinin 2017-ci il 3 may tarixli Fərmanına əsasən Sədərək rayonunda rəsmi qeydiyyatda olan şəxslər icbari tibbi sığortanın baza zərfindən pulsuz istifadə edə bilərlər. Beləliklə, Sədərək Rayon Mərkəzi Xəstəxanası ödənişli əsaslarla fəaliyyət göstərsə də, icbari tibbi sığorta şəhadətnaməsi alan rayon sakinləri xəstəxananın imkanlarından pulsuz yararlanacaqlar.

Tədbirdə çıxış edən agentliyin icbari tibbi sığorta işinin təşkili şöbəsinin baş məsləhətçisi Vüsal Məmmədov, səhiyyə və sosial-iqtisadi təhlil şöbəsinin əməkdaşı Leyla Həsənova icbari tibbi sığorta və müasir müayinə, müalicə protokolları haqqında məlumat verib.

Sonda iştirakçıların sualları cavablandırılıb.

© xezerxeber.az


355 dəfə oxunub

XƏBƏRLƏR

15.10.2018 13:12

Arda Turana daha bir şok

ÇOX OXUNANLAR