Tibb işçiləri dondurulmuş embriondan istifadəni dəstəkləyirlər

13.01.2018 17:55

Uzun müddət tibb ictimaiyyətində, eləcə də digər sakinlər arasında belə bir fikir yayılmışdı ki, dondurulmuş embrionlar ekstrakorporal mayalanmanın (EKM) uğur göstəricisini aşağı salır. Lakin son zamanlar aparılmış tədqiqatlar bunun əksini sübut edir. Statistikaya görə, dondurulmuş embrionların köçürülməsi və yeni əmələ gəlmiş embrionların köçürülməsi eyni dərəcədə uğurlu alınır. Bəzi hallarda hətta dondurulmuş embrionlar daha yaxşı yetişir.

AZƏRTAC "MedDaily.ru” saytına istinadla xəbər verir ki, ekspertlər aparılan təcrübələr çərçivəsində qadınlarda 800-dək sonsuzluq halları aşkar ediblər. Reproduktologiya klinikasının pasiyentləri bir EKM dövrü keçdikdən sonra onlara farmakoloji stimulyasiya olmadan yeni və ya dondurulmuş embrionlar köçürülüb. Birinci dövrdən sonra dondurulmuş embrionlar köçürülənlərin 36 faizində, yeni embrionlar köçürülənlərin 35 faizində hamiləlik baş tutub. Uğurlu doğuşların göstəriciləri isə müvafiq olaraq, 34 faiz və 32 faiz olub.

Daha əvvəl aparılan tədqiqatlar göstərib ki, yumurtalıqlarında olan polikistoz səbəbindən sonsuzluqla üzləşən qadınlara dondurulmuş embrionlar implantasiya edilən halda daha yüksək doğum sayı müşahidə olunub. Son tədqiqatlar çərçivəsində isə polikistozu olmayan qadınların göstəriciləri nəzərə alınıb. Alimlərin fikrincə, qadınların əksəriyyətinə birinci yeni embrionu köçürdükdən sonra digərlərini dondurub və bir-bir dondurulmuş halda köçürmək məsləhət görülə bilər. Bu, bütün embrionları bir dəfəyə köçürülməsindən daha təhlükəsiz və səmərəlidir. Düzdür, ekspertlər qabaqcadan şərt qoyurlar ki, bu, "Cryotech” texnologiyası ilə vitrifikasiya olunan embrionlar üçün daha aktualdır.

© xezerxeber.az


343 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR