Bakının bu hissəsinə su çəkilir

12.01.2018 17:21

Bakı şəhəri Nəsimi rayonu Məsud Davudoğlu küçəsində yeni magistral su xəttinin tikintisi işləri aparılır.

"Azərsu” Açıq Səhmdar Cəmiyyətindən XəzərXəbər-ə verilən məlumata görə, magistral su kəmərinin tikintisi həmin küçədə yeni yol infrastrukturunun yenilənməsi ilə əlaqədar aparılan əsaslı təmir-tikinti işləri çərçivəsində həyata keçirilir.

Qeyd edək ki, M.Davudoğlu küçəsində yaşayan sakinlərin su təchizatı 1970-ci illərdə çəkilmiş polad borularla təmin olunurdu. Uzun müddət istifadədə olmuş xətt istismar tələblərinə cavab vermədiyindən tez-tez qəza halları yaranırdı.

Yeni layihə çərçivəsində M.Davudoğlu küçəsindən keçən mövcud magistral xətt yenisi ilə əvəzlənir. Bu məqsədlə 280 mm olan polietilen borularla 1 km uzunluğunda yeni magistral su xətti çəkilir və ətraf küçələrə çıxışlar verilir. Magistral kəmərin tikintisi başa çatdıqdan sonra bütün evlər yeni çəkilmiş xətlərə qoşulacaq və mövcud kəmərin fəaliyyəti dayandırılacaq.

Tikinti işlərinin yaxın günlərdə tam başa çatdırılması nəzərdə tutulur. Yeni xəttin istismara verilməsilə bu ərazidə yaşayan əhalinin içməli su təchizatında dayanıqlıq təmin olunacaq.

© xezerxeber.az


304 dəfə oxunub

XƏBƏRLƏR

20.10.2018 14:07

İranda nazir istefa verdi

20.10.2018 12:52

Səudiyyədə iki istefa

20.10.2018 12:40

Sabah hava necə olacaq?

ÇOX OXUNANLAR