Bu il modul tipli məktəblərin quraşdırılacağı ərazilər - Siyahı

12.01.2018 17:14

Təhsil Nazirliyi 2018-ci il ərzində modul tipli məktəblərin quraşdırılacağı əraziləri açıqlayıb.

Nazirlikdən XəzərXəbər-ə verilən məlumata görə, bu il ərzində ümumilikdə 137 modul tipli məktəb qurulacaq. Həmin məktəblər Quba, Xaçmaz, Şabran, Qusar, Siyəzən, Xızı, İsmayıllı, Ağsu, İmişli, Qobustan, Şamaxı, Oğuz, Şəki, Qəbələ Tovuz, Ağstafa, Gədəbəy, Daşkəsən, Ağdaş, Bərdə, Ağcabədi, Ağdam, Zərdab, Saatlı, Beyləqan, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran və Lerik rayonlarında quraşdırılacaq.

Bu il, eyni zamanda, bəzi məcburi köçkün məktəblərinin də yerində modul tipli təhsil müəssisələrinin quraşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, ötən il 73 modul tipli məktəbin inşası başa çatıb, 27 məktəbdə isə bu sahədə iş davam etdirilir.

© xezerxeber.az


175 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR