Yeni lüğətdə süni, qondarma sözlər yer almayacaq - Orfoqrafiya Komissiyası

12.01.2018 14:24

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda Orfoqrafiya Komissiyasının növbəti iclası keçirilib.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən xezerxeber.az-a verilən məlumata görə, iclasda "Azərbaycan dili orfoqrafiya qaydalarının təlim və tərtib prinsipləri” müzakirə olunub.

Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu bildirib ki, "Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsi AMEA Rəyasət Heyətinin 28 dekabr 2017-ci il tarixində keçirilən iclasında müzakirə olunub və çap üçün tövsiyə edilib.

Sonra yeni "Orfoqrafiya lüğət”ində ediləcək bəzi dəyişikliklər də diqqətə çatdırılıb. "Əsgər” sözünün "əskər”, "alqı-satqı” sözü " alğı-satqı” yazılması təklifi məqbul sayılıb. Bildirilib ki, yeni lüğətdə süni, qondarma sözlər yer almayacaq.

Orfoqrafiya Komissiyası müzakirələrini bundan sonra da davam etdirəcək.

© xezerxeber.az


185 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR