Bakıya yeni ilin ilk qarı yağır...

10.01.2018 12:53

Əvvəlcədən xəbər verildiyi kimi yanvarın 9-u axşamdan başlayaraq ölkə ərazisində hava şəraiti kəskin dəyişib, yağış, sulu qar, qar yağıb. Qeyri-sabit hava şəraiti yanvarın 11-i gündüzədək davam edəcək. Sabah gündüzdən etibarən hava şəraitinin sabitləşəcəyi və gün ərzində əksər rayonlarda yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə XəzərXəbər-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

G.Məmmədova qeyd edib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərə sulu qar, bəzilərinə isə qar yağıb. Gün ərzində yağıntılı hava şəraiti davam edəcək.

© xezerxeber.az


258 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR