Sim kartlar şəxsiyyət vəsiqəsini əvəz edəcək

15.11.2017 11:34

Rusiyada Dövlət Duması yaz sessiyasında sim kartların pasportların alternativi kimi qəbul olunması barədə qanun layihəsi müzakirə olunacaq.

Yeni qanun layihəsi vətəndaşların rahatlığını təmin etmək üçün işlənərək hazırlanıb.

Belə ki, şəxsiyyəti təsdiq edən sənəd heç də həmişə insanın üzərində olmur.

Əgər bir adamın adına iki və ya daha çox sim kart qeydiyyatdan keçibsə, o zaman digərləri yeni funksiya daşıyacaq. Sim kartların üçüncü şəxsə verilməsi qadağan olunur, uşaqlar üçün qeydiyyat isə valideynlərin sim kartı əsasında aparılacaq.

Dəyişikliklər qəbul olunacağı təqdirdə, vahid sim kart reyestri yaradılacaq./AzNews.az

© xezerxeber.az


647 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR