Qəhvə içmək ürək xəstəlikləri və insult risqini azaldır

14.11.2017 12:37

Amerikanın Ürək Assosiasiyası müəyyən edib ki, qəhvə içmək ürək xəstəlikləri və insult risqini azaldır.

Araşdırmanın nəticələri EurekAlert saytında dərc olunub.

Alimlər öyrəniblər ki, həftədə bir fincan qəhvə infarkt risqini 7 faiz, insult risqini isə 8 faiz azaldır.

Qeyd edək ki, bu, qəhvənin insan orqanizminə faydasını göstərən yeganə araşdırma deyil – qəhvə həmçinin onkoloji xəstəliklərdən də orqanizmi müdafiə edir.

«Hesab olunur ki, qəhvə orqanizmə ziyan vurur, lakin əslində sağlamlıq üçün faydalı içkdir. Əsas odur ki, ölçünü qaçırmayasan», - deyə alimər bildiriblər./faktxəbər

© xezerxeber.az


47 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR