ŞAD XƏBƏR - Sabahdan mənzillərə istilik veriləcək

14.11.2017 11:46

"Sabahdan etibarən ölkə üzrə istilik sistemi təchizatına başlanılacaq”.

Bu barədə "Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev deyib.

Qurum rəsmisi bildirib ki, "Azəristiliktəchizat" ASC istilik təsərrüfatlarında 2017-2018-ci illər üzrə istilik mövsümünə hazırlıq tədbirləri yekunlaşıb.

"Artıq bütün avadanlıqlar istismara hazır vəziyyətə gətirlib. Sabahdan etibarən ASC-yə məxsus 548 qazanxana istismar edilməklə 3750 yaşayış binası, o cümlədən 180,0 mindən artıq mənzil, 280 məktəb, 155 uşaq bağçası, 150 səhiyyə müəssisəsi və 900-ə yaxın digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin ediləcək. Bununla əlaqədar olaraq, istilik mövsümündə işləməsi nəzərdə tutulan bütün qazanxana və istilik məntəqələrində nasoslar, elektrik mühərrikləri təmir olunub, qazanlar və istilik mübadilə aparatları mexaniki və kimyəvi üsulla təmizlənib, nəzarət ölçü cihazlarının və elektrik avadanlıqlarının dəyişdirilməsi və sazlanması həyata keçirilib, magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilib və qış mövsümündə problem yarada biləcək istilik xətləri dəyişdirilərək yenisi ilə əvəz olunub, qazanxanalar ehtiyat qazan və nasoslarla təmin edilib”.

Qeyd edək ki, istilik mövsümü 152 gün, yəni noyabrın 15-dən aprelin 15-ə kimi, 5 ay müəyyənləşdirilib./azvision.az

© xezerxeber.az


155 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR