Ana nənənin uşağın taleyində MÜHÜM ROLU

13.11.2017 16:32

Alimlər müəyyən edib ki, ana nənə uşağın həyatında ən mühüm insandır.

Nənə çox sehirli sözdür. Çünki xoş uşaqlıq xatirələri əsasən onunla bağlıdır! Ən dadlı kökəni hər zaman nənə bişirir, unudulmaz yay macəraları və bir çox başqa unudulmaz anlarımız var. Nənələr bizdə nağıl, qayğısız yay tətili, xeyirxahlığı, nəvazişi, ləziz şirniyyatları və ya mürəbbəsi ilə assosiasiya edilir.

Genetik əlaqə

Ana nənəsi uşağın həyatında ən mühüm rol oynayır. Bu fakt elmi araşdırmaların nəticəsində məlum olub. Nənə nəvələrinə sadəcə ən zəruri bilikləri öyrətmir, eyni zamanda təcrübə, qayğı, məhəbbətini də ona bəxş edir. Onun bağlılığı düşündüyünüzdən daha dərindir. Alimlər göstərib ki, bu əlaqə genetika ilə bağlıdır.

Uşaqlar valideynlərinin deyil, nənə və babalarının genetiklərının varisi olurlar, həmçinin valideynlər də öz DNT-sini nənələr və babalardan alıb. Odur ki, uşaqların çox vaxt öz nənə və babasına oxşaması bununla izah edilir.

Gen mühəndisliyi üzrə mütəxəssislər iddia edib ki, uşaqlar genetik informasiyanın böyük hissəsini məhz ana nənələrindən alır. Əlbəttə ki, hər şey nisbidir və hər bir ailə unikaldır. Uşaq ata nənəsinə də çox bənzəyə bilər.

Bununla belə bütün valideynlər bilməlidir ki, nənə uşağın gələcək taleyində əhəmiyyətli rol oynayır. Bu gün belə genetik əlaqə "emosional intellekt" adlandırılır.

Mütəxəssislər bildirib ki, qızının hamiləliyi zamanı hətta nənənin hiss etdiyi ağrılar uşağın inkişafına təsir göstərə bilər. Başa düşmək vacibdir ki, ailə bütöv orqanizmdir və onun bütün üzvləri öz aralarında sıx bağlıdır. Və biz genlərlə gələcək nəsillərə pozitivlə yanaşı, xəstəlikləri, zərərli vərdişləri və müəyyən asılılıqları da ötürürük.

Buradan belə çıxır ki, psixoloji və fiziki sağlamlığımıza səhlənkar yanaşmaq olmaz. Axı bu, nəinki adamın özünə zərər verir, eyni zamanda nəvələrinə qarşı ən pis məsuliyyətsizlik kimi qiymətləndirilir.

Odur ki, yaxınlarınızı qoruyun, onları öz qəlbinizin hərarəti ilə qızdırın və sevgi bəxş edin, onda ətrafınızda olan hər kəs xoşbəxt olacaq!/publika.az

© xezerxeber.az


57 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR