Bakı-Naxçıvan dəmiryolu nə vaxt açılacaq?

13.10.2017 14:03

Bakıdan Naxçıvana dəmir yolu xətti yaradılacaq.

XəzərXəbər xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu xəttin yaradılması Türkiyə və ya İran üzərindən mümkündür. Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verildikdən sonra Qarsdan Sədərəkə dəmir yolu xətti çəkilə bilər. Bu layihənin dəyəri 2-2,5 milyard dollar təşkil edir. Türkiyə dövlətinin bu maliyyəni nə vaxt ayıracağı məlum deyil.

C.Qurbanovun sözlərinə görə, Bakıdan Naxçıvana dəmir yolu əlaqəsinin yaradılması İran istiqamətindən də həyata keçirmək mümkündür. İranda "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi tikildikdən sonra, bu ölkədən keçərək 1450 kilometr məsafəni qatarla Bakıdan Naxçıvana qət etmək mümkün olacaq. Bu yolun maliyyə dəyəri 1 milyard dollar təşkil edir. İran tərəfi yolun torpağını almağı öhdəsinə götürüb. Bütün bu tikinti işləri yekunlaşandan sonra İrandan keçməklə yəni 1450 kilometr ötməklə Bakıdan Naxçıvana məsafə qət edə biləcəyik. Dövlət başçısı da bu layihənin reallaşmasında maraqlıdır.

© xezerxeber.az


57 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR