Azərbaycana hər kəsə pul qazandıracaq aparatlar gətirilir

12.10.2017 12:27

Azərbaycanda istifadə edilmiş plastik şüşələr və alüminium qutular artıq bir tullantı deyil, əlavə gəlir mənbəyidir.

Əlavə gəliri çox asan üsulla əldə edə biləcəksiniz. Sadəcə istifadə edilmiş konteynerləri tullantı qutularına deyil, "Fandomat"lara daxil edəcəksiniz və maliyyə bonuslarından yararlanacaqsınız.

Layihənin əsas hissələrindən biri olan "Fandomat"lar necə çalışır?

Boş plastik şüşə və ya alüminum qutu fandomata daxil edilir, skaner vasitəsi ilə barkod oxunur, çəki və ölçü tanındıqdan sonra fandomat taranı qəbul edir. Tara qəbul olunduqdan sonra müştəri alacağı bonus növünü seçir:

1. Bağış - təslim edilmiş konteynerlər əvəzinə müxtəlif xeyriyyə fondlarına bağış vermək imkanı
2. Vauçer - təslim edilmiş konteynerlər əvəzinə supermarketlərdə alış veriş etmək üçün xüsusi çek
3. Danışıq dəqiqələri - təslim edilmiş konteynerlər əvəzinə danışıq dəqiqələri. (Baku.ws)

© xezerxeber.az


690 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR