Bədəninizdə qızılın olmasından xəbəriniz var?

10.10.2017 13:24

1 Hər bir insanın bədənində 0,2 mq qızıl var.Bu qızıl insanın qanında həll olmuş haldadır.1qızıl sikkə əldə eləmək üçün isə 40000 adamın qanından istifadə eləmək lazımdır.

2 Hər bir insanın əzələləri ağırlıq qaldırma gücünə sahibdir.Bu qanda adrenalinin miqdarından asılı olaraq dəyişir.Belə ki,adrenalini yüksək olan adamlar avtomobili qaldırmaq gücünə sahib olur.

3 Bizim bədənimizdə olan tüklərin sayı meymunların bədənində olan tüklərin sayı qədərdir.Sadəcə olaraq bizim tüklərimiz meymunların tüklərindən fərqli olaraq kiçik və nazik olur.

4 Dırnaqlarımızda olan ağ hissə dırnağın uzanmasına səbəb olan kök hissədir.Onun rənginin ağ olmasının səbəbi isə həmin nahiyədə qan damrlarının olmamasıdır.

XəzərXəbər immunitet.az-a istinadən bildirir ki, ağ kök hissənin olmaması qalxanvari vəzin fəaliyyətinin yüksəlməsini göstərir.

5 Hər bir insanın əl izi kimi dilinin də izi fərqli olur.

6 İnsanın qulağı yeganə orqanıdır ki,bütün ömrü boyu böyüyür,amma buna baxmayaraq insan yaşlaşdıqca onun eşitmə qabiliyyəti zəifləyir.

7 Beyinə siqnalların çatmasına sinir hüceyrələrinin sürətlə hərəkət etməsi səbəb olur.Bu sinirlərin hərəkət sürəti isə saatda 400 kilometrdir.Bu səbəbdən də biz əlimizi qaynar suya toxundurduqda əlimizin yanmasını həmin an hiss edirik.

8 İnsanın gözü 10 milyon rəngi bir-biri ndən fərqləndirmək qabiliyyətinə malikdir.

9 Bir insan ömrü boyu 300 tona yaxın qida qəbul edir.

10 İnsanın sümüyü qranit kimi möhkəmdir. Düzgün qoyulduqda 10 ton yükü saxlaya bilər.

11 insan bədəninin ən kirli hissəsi onun göbəyidir.Orada milyonlarla mikroblar yaşayır.Bu səbəbdən də vaxtaşırı göbəyinizi təmizləməyi unutmayın.

© xezerxeber.az


161 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR