Zooloji Muzeydə xidmətlərin qiymətləri təsdiqlənib

10.10.2017 12:37

Qanunvericiliklə müəyyən edilən sahibkarlıq fəaliyyətinə uyğun olaraq AMEA Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Zooloji Muzeyin xidmətlərinin qiymətləri təsdiqlənib.

AMEA-dan xezerxeber.az-averilən məlumata görə, qiymətlər uşaqlar və böyüklər üçün ayrı-ayrılıqda müəyyənləşdirilib.
Qeyd olunub ki, Zooloji Muzeydə 257 növ onurğalı heyvan, o cümlədən 44 növ məməli, 116 növ quş, 36 növ sürünən, 13 növ suda-quruda yaşayan və 50 növ balıq eksponatları nümayiş olunur. Təbii heyvan müqəvvaları içərisində Azərbaycan faunasına, eyni zamanda, dünya faunasına aid nümunələr var. Azərbaycanın "Qırmızı Kitabı”na salınmış Xəzər qızılbalığı, adi zərdəpər, karelin tritonu, Qafqaz xaçlıcası, Aralıq dənizi tısbağası, Pallas təlxəsi, çəhrayı qutan, flaminqo, qızılquş, Qafqaz tetrası, Hindistan tirəndazı, qonur ayı, Xəzər suitisi, Avropa cüyürü, maral, ceyran kimi nadir növlərin eksponatları faunamızın növ müxtəlifliyi haqqında ətraflı təsəvvür yaradır.

© xezerxeber.az


47 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR