Bu toy hamının MARAĞINA SƏBƏB OLDU - FOTOLAR

13.09.2017 13:15

Spartanın Yalvac bölgəsində yaşayan 24 yaşlı İzzət Çətin adlı sakin uşaqlıq illərində qurduğu toy xəyalını gerçəkləşdirib.

XəzərXəbər publika.az-a istinadən xəbər verir ki, o, yükdaşımada istifadə etdiyi və əsas gəlir mənbəyi olan yük maşınını gəlin maşını kimi bəzəyib və həyat yoldaşını evinə həmin avtomobillə gətirib.
İ.Çətin uşaqlıqdan yük maşınlarına böyük marağı olduğunu və buna görə də ən xoş günündə belə bu avtomobildən istifadə etdiyini deyib.

Bəyin avtomobil karvanına onun digər yük daşıyan dostları da öz maşınları ilə qatılıb. Onun bu sürprizi həm gəlinin ailəsini, həm də gələn qonaqları təəccüb içində qoyub.

Bu toy hamının MARAĞINA SƏBƏB OLDU- FOTO
Bu toy hamının MARAĞINA SƏBƏB OLDU- FOTO
Bu toy hamının MARAĞINA SƏBƏB OLDU- FOTO

© xezerxeber.az


905 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR