Başın ağrısının 30 SANİYƏLİK MÜALİCƏ ÜSULU

12.09.2017 13:21

Başağrıları üzrə mütəxəssis olan doktor Ceyn Leonard ilginc sayılan məsləhətlə çıxış edib.

XəzərXəbər big.az-a istinadən bildirir ki, o, "The Daily Mail" qəzetində çap olunan məqaləsində bildirib ki, baş ağrıları zamanı diş arasında sadə karandaş sıxmaq lazımdır.

Həkimin sözlərinə görə, yorğunluq, gərginlik, başın bir istiqamətdə çox olması, stres üz, boyun və baş əzələlərinin spazmına səbəb olur. Baş ağrısı zamanı aşağı çənə əzələləri gərginləşir. Ona görə işdə başınız ağrıyan kimi, əl altında olan taxta qələmi dişləriniz arasında 30 saniyə sıxmaqla bu gərginliyi azalda bilərsiniz. Bu kiçik fənd - yəni dişlərin arasında karandaşın sıxılması əzələləri rahatladır, ağrının keçməsinə yardım edir.

© xezerxeber.az


60 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR