SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Binəqədi-Biləcəri yolu 2 gün bağlı olacaq

11.09.2017 17:57

Yeraltı kommunikasiya xətlərinin dəyişdirilməsi ilə əlaqədar olaraq sentyabr ayının 12-dən 13-nə keçən gecədən etibarən Binəqədi şosesinin Binəqədi-Biləcəri yolu (4-cü qapı küç.) ilə kəsişməsindən Biləcəri-Baksol yolunun kəsişməsinədək olan hissəsində 2 gün ərzində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq dayandırılacaq.

Bu barədə XəzərXəbər-ə "Azəravtoyol” ASC-dən məlumat verilib.

"Göstərilən müddət ərzində sürücülər alternativ olaraq Biləcəri-Baksol, Binəqədi-Biləcəri (4-cü qapı küç.), Xırdalan-Binəqədi-Balaxanı, Binəqədi-Mehdiabad avtomobil yollarından, həmçinin Binəqədi və Biləcəri qəsəbələrinin daxili yollarından istifadə edə bilərlər”, - deyə məlumatda vurğulanıb.

© xezerxeber.az


120 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR