Nazirlik əhaliyə xəbərdarlıq etdi: sentyabrın 12-si səhərədək...

11.09.2017 14:25

Ekologiya və Təbii Sərvətlər Nazirliyi qarşıdakı iki gündə gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib.

XəzərXəbər nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 11-i gündüzdən 12-si səhərədək bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir: "Yağışın ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur”.

© xezerxeber.az


2902 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR