Bakı-Sumqayıt qatarının hərəkət cədvəli dəyişir

11.08.2017 12:38

Biləcəri stansiyasının tək yolunda aparılan təmir işlərinin başa çatması ilə əlaqədar olaraq 13.08.2017-ci ildən 22.08.2017-ci ilədək Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının 07.01.2017-ci ildə təsdiq olunmuş hərəkət cədvəli bərpa olunacaq.

Bu barədə XəzərXəbər-ə "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər haqqında ətraflı məlumatı www.ady.az saytından əldə edə bilərsiniz.

© xezerxeber.az


54 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR