Müəllim olmaq istəyənlərin nəzərinə: sabah son gündür

10.08.2017 19:29

Respublikanın ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilənmüəllimlərin işə qəbuluüzrə müsabiqəninvakansiya seçimi mərhələsi başlayıb.

Təhsil Nazirliyindən verilən məlumata görə, bu mərhələdə namizədlər şəxsi səhifələrinə daxil olaraqtopladıqları bala uyğun vakant yerləri seçəcəklər.

Seçim mərhələsi avqustun 11-i, saat 23:59-dək davam edəcək.

Vakant yeri tutmaq hüququ qazanan namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibə mərhələsinin keçirilmə yeri və tarixi barədə məlumatlar hər bir namizədin şəxsi səhifəsinə göndəriləcək.

Qeyd edək ki, bu il ilk dəfə olaraq musiqi, fiziki tərbiyə və təsviri incəsənət fənləri üzrə müsahibə mərhələsi vakansiya seçimindən əvvəl həyata keçiriləcək. Avqustun 11-dən etibarən, fiziki tərbiyə müəllimlərinin müsahibə mərhələsinə start veriləcək. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçiriləcək müsahibə mərhələsi ilə bağlı əlavə məlumatlar hər bir namizədinşəxsi səhifələrinə yerləşdirilib.

© xezerxeber.az


182 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR