Diqqətli OLUN: Xristian missionerlərin tələsinə düşə bilərsiniz – FOTO

10.08.2017 13:26

Missioner təşkilatların nümayəndələri xüsusən İrandan Azərbaycana gələn turistlərə fləş-kart və telefonlar üçün mikro yaddaş kartı hədiyyə verirlər.

XəzərXəbər xəbər verir ki, bütün bunlarıölkə.az-ın əməkdaşı izləyib.

Fləş-kart və telefonlar üçün mikro yaddaş kartının turistlərə verilməsi diqqətdən yayına bilməzdi. İranlı turistlərdən xahiş edib fləş-kart və telefonlar üçün mikro yaddaş kartlarına baxdıqda isə məlum olur ki, bu xristianlığın dini sektalarından birinə məxsus təbliğat vasitələridir. Turistlərə verilən fləş-kart və telefonlar üçün mikro yaddaş kartının içərisində "musiqi parçaları var” deyilsə də, əslində, müxtəlif dillərdə - Azərbaycan, fars, kürd, ingilis dillərində dinə çağırışlar yer alıb.

Maraqlıdır ki, fləş-kart və telefonlar üçün mikro yaddaş kartlarının içərisində olan səs yazılarını silmək mümkün olmur. Kimsə onu götürüb, "İçindəkini silərəm, hazır fləş-kart və telefonlar üçün mikro yaddaş kartıdır” deyərsə, yanılar. Onları silmək üçün mütləq peşəkar kompüter mütəxəsislərinə müraciət etməlidir.

Fləş-kart və telefonlar üçün mikro yaddaş kartını turistlərə hədiyyə edənlərdən hansı təşkilata məxsus olduqlarını soruşduqda isə heç bir cavab vermədən uzaqlaşıblar.

© xezerxeber.az


281 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR