Xəzər Xəbər

Axşam saatlarında hava necə olacaq?

Cəmiyyət | 15:04 • 19 Oktyabr 2018
Axşam saatlarında hava necə olacaq?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin oktyabrın 19-u axşam saatlarında Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraitini açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 19-u axşam saatlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Cənub küləyi əsəcək. Havanın temperaturu 20-23 dərəcə isti təşkil edəcək.

Xəbər lenti